Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

10.11.2026 16:18     Dünyadan reaksiya     230

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb.

“Reaksiya.az” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

İstintaq çərçivəsində ilkin mərhələdə 6 nəfər saxlanılıb. Daha sonra saxlanılanların sayının 11-ə çatdığı açıqlanıb.

Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncayın verdiyi məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi və məsul şəxslərin aşkarlanması istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, noyabrın 9-da baş verən partlayış nəticəsində 17 işçi həyatını itirib, 15 nəfər yaralanıb.

Faktla bağlı araşdırma davam edir.

Şərhlər