İran Bəhreyndəki ABŞ radar stansiyasını məhv etdiyini açıqladı

13.11.2026 15:58     Dünyadan reaksiya     174

İranın “Tasnim” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulduğu iddia edilən Bəhreyndəki Amerika radiolokasiya stansiyasının peyk görüntülərini yayımlayıb.

"Reaksiya.az" xəbər verir ki, söhbət ABŞ ordusunun Bəhreyndə yerləşən və raket hücumlarından erkən xəbərdarlıq funksiyasını yerinə yetirən strateji radiolokasiya stansiyasından (RLS) gedir.

SEPAH-ın yaydığı rəsmi bəyanata əsasən, sözügedən hərbi obyekt noyabrın 13-də İranın Hörmüzqan əyalətindəki telekommunikasiya qülləsinə endirilən zərbəyə cavab olaraq məhv edilib.

Qeyd edək ki, Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının mənzil-qərargahının yerləşdiyi Bəhreyndəki erkən xəbərdarlıq radarları regiondakı raketdən müdafiə sisteminin əsas gözü hesab olunur.

Hələlik nə ABŞ Müdafiə Nazirliyi (Pentaqon), nə də Bəhreyn hakimiyyəti stansiyanın sıradan çıxarılması ilə bağlı Tehranın iddialarını rəsmi şəkildə təsdiqləməyib.

Şərhlər