İŞİD -in “Baş xacker”i öldürülüb
28.08.2015 11:59 Dünyadan reaksiya 1880
ABŞ və avropalı rəsmilərin İŞİD - in ən yüksək səviyyəli kompüter mütəxəssisi kimi dəyərləndirdiyi qiymətləndirdiyi İngiltərə vətəndaşı Cüneyd Hüseyn çərşənbə günü Suriyanın Rakka şəhərinə həyata keçirilən hücumda öldürülüb. Hüseyn son bir həftə ərzində öldürülən ikinci yüksək səviyyəli İŞİD üzvü olub. Keçən həftə də ABŞ-ın hava əməliyyatında İŞİD -in iki nömrəli şəxsi öldürülmüşdü.
Reaksiya.az xəbər verir ki, siber təhlükəsizliklə əlaqədar proseslərə nəzarət edən CSO - nun xəbərinə görə Hüseyn 2 il əvvəl Suriyaya gedib. “Siber Xəlifə” niki ilə təşkilat içində məşhur olan Hüseyn yanvar ayında ABŞ Müdafiə Nazirliyinin “Twitter” hesabını xaklayan İŞİD qrupunun başında dayanmışdı.
“Reuters”ə açıqlama verən bəzi amerikalı rəsmilər xakerin öldürüldüyünü ifadə edərkən ABŞ kəşfiyyatı mütəxəssisləri Hüseyn və dostunun hələ ayaqda olduğu iddiasındadır. Keçmiş “terrorla mübarizə” mütəxəssisi və Corc Vaşinqton Universitetinin müəllimi Seamus Hughes bu cür ölüm xəbərlərini təsdiqləməklə mümkün olmadığını müdafiə edərkən tamamilə aldatmağa bir cəhd də ola biləcəyini bildirib.
Siber təhlükəsizlik mütəxəssisləri isə Hüseynin çox ciddi problemlər çıxara biləcək bir təhdid meydana gətirmədiyini düşünür. CrowdStrike təhlükəsizlik şirkətindən Adam Meyers Hüseynin İŞİD - in sıralarına döyüşçü topladığına, kompüter şəbəkələrini çökdürdüyünə və kritik ziyan vurduğuna əsas hədəfdə olduğunu bildirib.
Şərhlər