Ceyms Uorlik İrəvanda görüşlər keçirir
09.06.2015 18:26 Dünyadan reaksiya 1222

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvana səfəri barədə açıqlama verib.
Reaksiya.Az-ın məlumatına görə, Uorlik bu barədə "Twitter" səhifəsində yazıb.
O bildirib ki, İrəvana səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdir.
“İrəvandayam və səbirsizliklə bu gün və sabah baş tutacaq görüşləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələri gözləyirəm”, - deyə amerikalı həmsədr bildirib.
Şərhlər