Təl Əviv: Türkiyə çətin vəziyyətdədir
28.08.2015 19:59 Dünyadan reaksiya 1920
İyun ayında Romada Türkiyə xarici işlər nazirliyi müşaviri Firidun Sinirlioğlu ilə gizli görüşlər keçirdiyi ortaya çıxan Dore Gold Yerusalem Post” qəzetinə açıqlama verib.
Çox da uzaq olmayan bir tarixdə İsrail və Türkiyənin yeniden münasibətlər yaradacağı ilə bağlı ümidlərinin olduğunu deyən Gold regional proseslərin və təhdidlərin Ankaranı bəzi dəyişikliklərə saldığını önə sürüb.
İran hər iki ölkə üçün də problemdir
Türkiyənin ətrafındakı bölgənin 2-3 il əvvələ görə daha çox qarışıq olduğunu bildirən Gold bunun əsas səbəbinin İŞİD təhdidi olduğunu qeyd edib. Gold İranın gücünü artırmasının da həm İsrail, həm də Türkiyə üçün bir problem olduğu ilə bağlı fikirlərini açıqlayıb.
Gold bu səbəbdən uzlaşma prosesinin çox sürətli inkişafının təbii olduğunu müdafiə edib.
Ankara ilə fikirlərimiz üst – üstə düşür
Dore Gold Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın iqtidarda olduğuna görə Türkiyə ilə əlaqələrin qurulub qurulmayacağı ilə bağlı bir suala isə bu cavabı verdi:
"Ölkələrin ən sonunda mənfəətlərinə görə hərəkət etdiklərini düşünürəm. Və məncə Türkiyə ilə İsrailin də üst – üstə düşən fikirləri var".
Şərhlər