ABŞ-ın Almaniyadakı daha bir “iş”inin üstü açıldı - QALMAQAL
29.08.2015 00:30 Dünyadan reaksiya 1828
Almaniyada 1998-2005-ci illərdə kansler olmuş Gerhard Şröderin sabiq xarici siyasət müşaviri Mixael Şteynerin telefonuna ABŞ xüsusi xidmətləri tərəfindən “böcək” yerləşdirilməsi haqda məlumatlar yayılıb.
Reaksiya.Az xəbər verir ki, bir vaxtlar dinlənilməsini öyrənən zaman necə reaksiya verdiyi barədə sualı Şteyner “bilməsi lazım olan yerlərlə bölüşdük” deyə cavablandırıb, lakin buna çox əsəbiləşdiyini də əlavə edib.
Yüksək səviyyəli diplomat olan Şteyner bu il təqaüdə çıxana qədər Almaniyanın Hindistanda səfiri olub.
ABŞ-ın Almaniya kansleri Angela Merkelin cib telefonunu da uzun illər dinlədiyi barədə məlumatlar keçən il Almaniya ilə ABŞ arasında diplomatik böhrana yol açmışdı.
Şərhlər