Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib
29.08.2015 05:42 Dünyadan reaksiya 1640

Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları 24 dinc sakini qətlə yetirib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Borno əyalətinin paytaxtı Mayduquridən 80 km aralıda yerləşən Marfunudi yaşayış məntəqəsində baş verib.
BMT-nin məlumatına əsasən, terrorçuların hücumları ilə əlaqədar Nigeriyanın şimal-şərq bölgəsində 1 milyon 400 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
Şərhlər