Boris Nemtsovun qızı Rusiyanı tərk etdi

09.06.2015 22:31     Dünyadan reaksiya     1057

Qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun qızı son vaxtlar aldığı təhdidlərdən sonra ölkəni tərk edib.

Reaksiya.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Janna Nemtsova Rusiyanı tərk etdiyini təsdiqləyib.

Bu barədə Janna Nemtsova RBK agentliyinə açıqlama verib. Janna Rusiyanı tərk etdiyini, lakin geri dönmək niyyətində olub-olmadığı barədə bir söz deməyib.

Siyasətçinin qızının ölkəni tərk etməsi barədə bir müddət öncə Britaniya qəzeti Times yazmışdı. Qəzetin müxbiri ilə söhbətdə Janna Nemtsova ölkədə vəziyyətin kəskin pisləşdiyini deyərək, atasının qətlində siyasi məsuliyyətin Kremlin üstünə düşdüyünü bildirib.

Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq baş nazirin müavini Boris Nemtsov bu ilin fevral ayının sonunda Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülmüşdü.

Onun qətlində günahkar bilinən 5 çeçen həbs olunub.

Şərhlər