"Rusiya Norveçi yaxın gələcəkdə işğal edəcək" - VİDEO
29.08.2015 11:44 Dünyadan reaksiya 2043
Neft sərvətini bölüşməmək üçün Avropa İttifaqına daxil olmağı da rədd edən və "müstəqil" yaşayan Norveçdə maraqlı bir mövzu gündəmə gəlib.
Reaksiya.az xəbər verir ki, Oslo şəhərində yayımlanan TV2 kanalı yeni mövsümdə səs gətirəcək serial ekrana gətirməyə hazırlaşır.
“Okkupert” (İşğal altında) adlanan serialın mövzusunu “Rusiya yaxın gələcəkdə Norveçi işğal edəcək” təşkil edir. Avropa Birliyinin də pis təqdim olunduğu ssenariyə görə, rus işğalına Brüssel rəhbərlik edəcək.
Təxminən 11 milyon dollar büdcəsi olan serial sentyabrın 27-dən yayımlanacaq.
Rusiyanın Oslodakı səfiri Andrey Kulikov 2-ci Dünya Müharibəsindən 70 il sonra bu mövzuda serial çəkmənin uğurlu olmadığını bildirib:
"Serialının müəllifləri əslində var olmayan bir təhlükə törədərək tamaşaçının gözünü qorxutmağa çalışır. Belə görünür ki, ssenaristlər Sovet Ordusunun nasistlərə qarşı Norveçin şimalında vuruşduqlarını unudub”.
Şərhlər