Ərdoğan futbolçuya zəng etdi

29.08.2015 12:29     Dünyadan reaksiya     2216

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun “Fənərbaxça” klubundan ayrılan seneqallı futbolçu Moussa Sowu Dubay səfəri öncəsi arayıb, ona uğurlar diləyib və idmanda göstərdiyi performansa görə  təşəkkür edib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Sabah” qəzeti yayıb.

Məlumata görə, Ərdoğan daha əvvəl də tez-tez Sowla telefonla danışırmış.

"Türkiyədə önəmli izlər buraxdın. Həm futbol istedadınla, həm də insani xüsusiyyətinlə bir çox həmkarına nümunə oldun. Bizə etdiyin dəyərlər üçün təşəkkür edirəm. Fikrin dəyişsə, yenidən Türkiyəyə dönə bilərsən. Yeni komandanda uğurlar arzulayıram", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Ərdoğan bir vaxtlar öz evində seneqallı futbolçu və Rıdvan Dilmenlə səhər yeməyi yeyib.

Şərhlər