"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalacaq"

30.08.2015 00:59     Dünyadan reaksiya     1879

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları hələlik aradan qaldıra bilməz.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması üçün münbit siyasi şərait yaradılmalıdır: "Lakin hələlik biz istədiyimiz nəticəni əldə edə bilməmişik. Çünki beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqdadır".

Kansler bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qərb istehsalçılarına da ciddi təsir edib.

A. Merkelin sözlərinə görə, rəsmi Berlin Rusiya ilə konstruktiv əməkdaşlığın bərpasında maraqlıdır.

Şərhlər

Çox oxunanlar