20 nəfər İŞİD-lə əlaqədə ittiham olunaraq həbs edilib

30.08.2015 03:59     Dünyadan reaksiya     1691

Tacikistan hökuməti müxalif  İslam İntibahı partiyasını İŞİD-lə əlaqədə ittiham edib.

APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Tacikistan daxili işlər nazirliyinin nümayəndəsi bəyan edib.

“İslam İntibahı partiyasının üzv və fəalları ekstremist ideyaları təbliğ edir, ölkənin müxtəlif bölgələrində İŞİD-ın qara bayrağını qaldırırlar”, deyə DİN rəsmisi bildirib.

Onun sözlərinə görə, adıçəkilən insidentlərlə əlaqədar Şaartuz və Nurek rayonlarında 20 nəfər saxlanılıb.

“Nurek şəhərinin 14 sakini İnternet vasitəsilə İŞİD-in Yunus adlı tacik mənşəli silahlısı ilə tanış olub və terrorçulara rəğbət nümayiş etdirmək məqsədilə şəhərin mərkəzində qara bayraq asıblar”, deyə DİN rəsmisi əlavə edib.

Saxlanınlara  qarşı ekstremizm ittihamı irəli sürüləcəyi bildirilir.

Şərhlər

Çox oxunanlar