Bu ölkədə baş nazirin istefası tələbi ilə aksiyalar davam edir

30.08.2015 05:01     Dünyadan reaksiya     1585

Malayziyanın paytaxtı Kuala-Lumpurda baş nazir Nəcib Razakın istefası tələb ilə etiraz aksiyaları davam edir.
 
Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kütləvi etiraz aksiyaları avqustun 29-da başlayıb.
 
Hüquq-mühafizə orqanları nümayişlərdə 25 min, etirazçılar isə 200 min nəfərin iştirak etdiyini iddia edir.
 
Etirazlara səbəb Malayziyanın baş nazirinin bank hesabına naməlum xarici sponsorlar tərəfindən 700 milyon dolların keçirilməsi barədə məlumatın yayılması olub. Nəcib Razak, öz növbəsində, bütün ittihamları rədd edir və etirazçıları Malayziyanın imicinə xələl gətirməkdə günahlandırır. 

Şərhlər