5.1 gücündə zəlzələ oldu
30.08.2015 13:01 Dünyadan reaksiya 1891
Yaponiya sahillərində 5,1 gücündə zəlzələ baş verib.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat verib.
Məlumatda zəlzələnin Kaqosima (bəzi mənbələrdə Nisinoomote) şəhərindən 128 km cənub-qərbdə baş verdiyi bildirilib. Zəlzələnin ocağı 44 kilometr dərinliyində yerləşib.
Ölən və yaralananlar barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
Şərhlər