Bu ölkə araqdan imtina edir
30.08.2015 15:14 Dünyadan reaksiya 3591
“Pernod Rikard” şirkəti məşhur araq brendi olan “Absolut”un satışını qaldırmaq niyyətindədir.
Reaksiya.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi məlumat yayıb.
2008-ci ildən “Pernod Rikard”a məxsus olan “Absolut” son illər ABŞ bazarında gəlirlərini ciddi şəkildə itirməyə başlayıb.
Şirkət ABŞ-da araq satışının 40 faizinə malik olsa da, “Pernod Rikard” əsas gəlirlərini “Glenlivet” və “Ceymson” viskilərindən əldə edir.
“Absolut” brentinin qiyməti 454 milyon dollar dəyərində qiymətləndirilir.
ABŞ-da araq satışının azalmasına səbəb kimi analitiklər ölkədə istehlakçıların iri brendlərdən imtina etməsini göstərirlər.
Şərhlər