Kralın həyat yoldaşı olmaq istəyən qadınlar öldü

30.08.2015 16:29     Dünyadan reaksiya     3033

Cənubi Afrikada Svaziland əyalətinin paytaxtı Mbabane yaxınlığında baş verən qəzada 38 qadın ölüb, 20-si yaralanıb.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Svazi kraliçasının hər il keçirdiyi ənənəvi festivala getmək üçün yola çıxan və təxminən 50 qadını daşıyan maşın qarşı istiqamətdən gələn yük maşını ilə toqquşub, daha sonra arxadan gələn başqa bir yük maşını da qadınların olduğu maşına çırpılıb.

Qəzadan sağ qurtulan Siphelele Sigudla bunları deyib: “ İlk yük maşını bizlə toqquşanda əlli nəfər idik, daha sonra arxadan bizi təqib edən yük maşını da bizim maşına çırpıldı”

Svaziland əyalətinin nümayəndəsi Luck Lukhele qəzada 38 gənc qadının öldüyünü, 20- dən artıq qadının isə yaralandığını açıqlayıb. O, gözlənildiyi kimi media və polisin bu qəza haqqında geniş məlumat verməsinin qadağan olunduğunu bildirib.

Kral III Msvati ənənəvi olaraq keçirilən bu rəqs festivalının ertəsi günü iştirakçılar arasından özünə yeni bir həyat yoldaşı seçir. Qeyd edək ki, kralın hazırda 15 həyat yoldaşı var. Baş verən hadisədən sonra kral ailəsinin təşkil etdiyi rəqs festivalı ləğv olunub.

Şərhlər

Çox oxunanlar