İŞİD Türkiyəni təhdid etdi
30.08.2015 17:14 Dünyadan reaksiya 2061
Türkiyənin ABŞ-ın rəhbərliyi altındakı İŞİD-lə mübarizə koalisiyasına rəsmən və faktiki olaraq qoşulması cihadçıları qəzəbləndirib.
Reaksiya.az xəbər verir ki, türk hərbi təyyarələri ilk dəfə koalisiyanın bir hissəsi kimi Suriyadakı İŞİD məntəqələrini vurub, dünən də ikinci hücumu reallaşdırıb.
Türkiyənin Xarici işlər Nazirliyi bildirib ki, Türkiyə və ABŞ arasında İŞİD-lə mübarizədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində alınan qərarlar daxilində hava hücumları davam edəcək.
Bundan sonra Türkiyədə yayımlanan hilafettakip adlı saytdan terrorçular Türkiyəni təhdid edib: “Türkiyənin bu gün əlləri ilə törətdikləri Türkiyəyə qaytarılacaq".
Şərhlər