Baxçalı Türkeşin xahişini rədd etdi

30.08.2015 17:43     Dünyadan reaksiya     4701

MHP-də arzuolunmaz şəxs elan olunan MHP-nin Ankara millət vəkili Tuğrul Türkeş MHP sədri Dövlət Baxçalıya zəng edib.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı "Milliyyət" qəzetindən Öndər Yılmaz verib.

Onun xəbərinə görə, müvəqqəti seçki hökumətində baş nazirin müavini vəzifəsinə gələn Türkeş Dövlət Baxçalıya zəng edərək bir tapşırığının olub-olmadığını soruşmaq istəyib.

Baxçalı isə Türkeşin bu xahişini rədd edərək "Görüşəcək bir şey yoxdur" deyib.

Şərhlər

Çox oxunanlar