Boykot kampaniyasının arxasında erməni təşkilatı durur?

10.06.2015 10:28     Dünyadan reaksiya     1462

Bakıda keçirilən Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında Amerikada fəaliyyət göstərən erməni təşkilatı durur. Bunu Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “twitter” hesabında deyib.

Aram Hamparyan Azərbaycan mediasının və sosial medianın Avropa Oyunları əhvalında olduğunu yazır və bu oyunu boykota çağırır.

Qeyd edək ki, ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində və bu gün erməni terror təşkilatı olan ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış etdiyi deyilir. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmallarında çəkilir.

Xatırladaq ki, Avropa Oyunlarında 18 ermənistanlı idmançısı iştirak edəcək. Birinci Avropa Oyunlarının rəsmi saytı Bakıya gələcək erməni idmançıların siyahısını dərc edib. 

Ermənilər boks, güləş, atıcılıq, sambo, cüdo idman növü üzrə mübarizəyə qoşulacaqlar.

Şərhlər