İŞİD öz valyutasını dövriyyəyə buraxdı
31.08.2015 11:27 Dünyadan reaksiya 2106
İŞİD terror təşkilatı öz milli valyutasını dövriyyəyə buraxıb.
Reaksiya.az xəbər verir ki, dinar adlı yeni valyuta qızıl, gümüş və mis sikkələr formasında buraxılıb.
Bu haqda terror təşkilatının yaydığı videolarda da danışılır. İngilis dilində yayımlanan videoda deyilir ki, hazırda ABŞ dollarının dəyəri saxtadır: “Rəsmi Vaşinqtonun özü isə uçurumun kənarındadır və yalandan öz büdcəsini böyüdür”.
Qeyd edək ki, sikkələrin harda hazırlanması və hansı ərazilərdə dövriyyəyə buraxılacağı haqda məlumat verilmir.
İŞİD pulunun bir üzündə ərəb dilində yazı, digər üzündə isə dünya xəritəsi həkk olunub.
Şərhlər