Bərzaninin 49 il əvvəl yazdığı məktubu ortaya çıxdı
31.08.2015 15:24 Dünyadan reaksiya 2553
Kürd lideri Mustafa Bərzaninin 22 avqust 1966-cı ildə İslam tarixinin mühüm fikir adamı Seyid Kutubun edam edilməməsi üçün Misir prezidenti Camal Abdülnasirə yazdığı məktub ortaya çıxıb.
Reaksiya.az xəbər verir ki, 22 avqust 1966-cı ildə haqqında edam cəzası verilən İslam tarixinin mühüm fikir adamı və “Müsəlman Qardaşları”nın rəhbərlərindən biri Seyid Kutub 29 avqust 1966-cı ildə edam edilmişdi.
“Rudaw”a müsahibə verən İraq İslam Partiyasının keçmiş baş katibi doktor Muhsin Əbdülhəmid kürd lideri Mustafa Bərzani və Seyid Kutub haqqında məlum olmayanları anladıb.
Doktor Əbdülhəmid 1966-cı ildə də “Müsəlman Qardaşları”ndan bir heyətin İran sərhədində Kürdüstan Demokrat Partiyasının (KDP) baş katibi Mustafa Bərzani ilə görüşüb.
Heyətdə yer alan “Müsəlman Qardaşlar”ının İraqdakı rəhbərlərindən Nizaməddin Abdülhemid və Şeyx Nazim Asım Mustafa Bərzanidən o dövrdə Misir prezidenti olan Camal Abdülnasirə bir məktub yazaraq Kutubun edam edilməməsini tələb edib.
Mustafa Bərzani isə boş bir kağızı “Müsəlman Qardaşları”nın nümayəndə heyətinə uzadaraq "Sizin bu məktuba yazacağınız hər şeyin altına imzamı ataram” deyib.
Həmin məktub daha sonra Hewlerdən Qahirəyə göndərilib.
SEYİD KUTUB KİMDİR?
1906-cı ildə Misirin Asyurt qəsəbəsində dünyaya gələn Seyid Kutub Qahirə Universitetinin Ədəbiyyat fakültəsində oxuyub. 1939-cu ildən sonra İslamı düşüncəyə yönələn Kutub "Mövqe Dərsləri" adlı məqaləsində Misirin o vaxtkı ictimai quruluşunu tənqid edib.
1949-cu ildə ABŞ-a köçüb. Orada 2 il qaldıqdan sonra yenidən Misirə qayıdaraq “Müsəlman Qardaşları” təşkilatına qoşulub. Misir prezidenti Camal Abdülnasirə təşkil olunan sui-qəsd ittihamı ilə həbs olunub.
1964-cü ildə sərbəst buraxılıb, ancaq 1965-ci ildə “Müsəlman Qardaşları” ilə ittifaqa girərək dövlətə qarşı çevriliş cəhdində iştirak edib və yenidən həbs olunub.
22 avqust 1966-cı ildə haqqında edam cəzası verilən Seyid Kutub 29 avqust 1966-cı ildə edam edilib.
Şərhlər