G7 mövzusunda Rusiya və Türkiyənin fikirləri bənzərdirmi?
10.06.2015 12:05 Dünyadan reaksiya 1673
Türkiyəli ekspert Prof.Dr. Kamer Kamer G7 – lər ətrafında gedən müzakirələr barəsində Reaksiya.az – a açıqlama verib.
Kremlin mətbuat katibi Dmitriy Peskov Almaniyada keçirilən G7 zirvəsindən sonar verdiyi açıqlamada, G7 və G8 formatlarının qlobal problemləri görüşmək üçün kifayət etmədiyini bildirərək Vladimir Putinin, qlobal iqtisadiyyat və digər sahələrdə gerçək tarazlıqları düşünən daha məhsuldar başqa formullara yönəldiyini söyləyib .
Yaxşı, bəs Ankarada G7 tədbirləri haqqında nə düşünülür? Qlobal, regional və beynəlxalq problemlərin həllində G7 tədbirləri təsirli bir vasitədir? Türkiyə baxımından hansı düsturlar daha cazibədar görünür?
Mövzu ilə əlaqədar Reaksiya.az - a danışan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK) sədr müavini Prof. Dr. Kamer Kasım bunları deyib.
"Beynəlxalq problemlərin həlli üçün daha geniş bir iştirakın olması lazım olduğu şübhəsizdir. Əgər beynəlxalq problemlərin həllindən bəhs ediriksə, Rusiya, Türkiyə kimi öz bölgəsi xaricində da təsirli olan güclərin siyasətinin nəzərə alınması vacibdir.
Buna görə, Rusiya və Türkiyənin bu mövzudakı yanaşmaları bir-biriylə tam uyğunluq təşkil edir. Yəni, G7 kimi tədbirlərdə bu ölkələr çıxdaş olunduğu təqdirdə, regional böhranların və beynəlxalq problemlərin həlli mümkün olmaz.
Təbii G-20 daha geniş tərkibli bir quruluşdur; çox fərqli coğrafiyalarda ölkələri özündə ehtiva edir. G-20 içərisində olan bəzi ölkələrin, beynəlxalq siyasət və iqtisadiyyat sistemindəki ağırlıqları hər keçən gün artmaqdadır. Bu tərz formatlarla beynəlxalq problemlər ələ alınmalıdır deyə düşünürəm".
Şərhlər