Ukraynada iğtişaşların nəticəsi - xeyli yaralı var
01.09.2015 04:11 Dünyadan reaksiya 1984
Avqustun 31-də Ukrayna Ali Radasının qarşısında baş verən iğtişaşdan sonra 122 nəfər xəstəxanalara yerləşdirilib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.
“Xəstəxanalara 122 nəfər yerləşdirilib, onlardan 11-in vəziyyəti ağır kimi qiymətləndirilir. Həmçinin, hadisə zamanı xəsarət alan iki fransalı telejurnalist də hazırda xəstəxanadadır”, deyə A.Avakov bildirib.
Onun sözlərinə görə, insident nəticəsində Milli Qvardiya əsgərləri, DİN və Dövlət Mühafizə Xidmətinin əməkdaşları zərər çəkib.
Qeyd edək ki, iğtişaş Ali Rada “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini qəbul etdiyindən sonra baş verib.
Şərhlər