Ölü namizəd seçkidə qalib gəldi

10.06.2015 12:16     Dünyadan reaksiya     1617

Meksikanın Miçoakan ştatının Yurekuaro şəhərində keçirilən mer seçkilərində çat ayında seçkiqabağı kampaniya zamanı öldürülən Enrike Ernandes qalib gəlib.
 
İyunun 7-də keçirilən seçkilərdə Ernandesin lehinə seçicilərin 36,9 faizi səs verib. Məlumatda qeyd edilir ki, yerli özünümüdafiəni təmsil edərək mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan siyasətçi öldürüləndən sonra daha da populyarlaşıb.
 
Səsvermədə ikinci yeri hakim İnstitutsion-inqilabçı və Yaşıl ekoloqlar partiyası alyansının namizədi tutub. Ancaq o, qalib kimi mer vəzifəısini icra edə bilməyəcək. Buna səbəb Ernandesin namizədliyini dəstəkləyən "Morena" hərəkatı onun əvəzi kimi digər namizədi də irəli sürdüyündən mer də həmin şəxs olacaq.
 
Ernandes mayın 14-də keçirilən mitinq zamanı güllələnib. O, mərkəzi meydanda seçicilər qarşısında çıxış edərkən bir qrup silahlı atəş açıb. Nəticədə o ölüb, 3 nəfər yaralanıb.

Şərhlər