Sərhəddə saxlanılan miqrantlardan xəbər var

01.09.2015 10:47     Dünyadan reaksiya     1881

Yüzlərlə miqrant bir neçə saat Macarıstan sərhəddində saxlanıldıqdan sonra qatarla Vyanaya gəlib.

Reaksiya.az onlardan çoxu dərhal Almaniyaya gedən qatarlara mindirilib.

Avstriya cümə axşamı yük maşınında 71 nəfərin ölü tapılmasından sonra Macarıstanla sərhəddə əlavə yoxlanış nöqtələri istifadəyə verib.

Bu il Avropaya miqrant axışı rekord həddə çatıb, təkcə iyul ayında bu rəqəm 107.500 olub.

Miqrantlardan çoxu cümə axşamı Parndorfdan keçən avtobanda ölü tapılıb. Güman edilir ki, onlar vətəndaş müharibəsindən qaçan suriyalılardır.

Ölümlərlə əlaqəli beş nəfər həbs edilib.

Bazar ertəsi Avstriyada minlərlə insan miqrantlara daha yaxşı hüquqlar verilməsi üçün çağırış edib.

Bundan başqa, ötən həftə Aralıq dənizində Liviyadan Avropaya keçmək istəyən yüzlərlə insan suda batıb. 

Şərhlər