ABŞ: Türkiyə hökumətini həyəcanla gözləyirik ...

10.06.2015 12:20     Dünyadan reaksiya     1699

Ağ Ev sözçüsü Earnest, Türkiyədə keçirilən millətvəkili ümumi seçkilərinin arxasınca yeni parlament və hökumətlə işi səbirsizliklə gözlədiklərini söyləyib.

 

Ağ Ev sözçüsü Josh Earnest, gündəlik mətbuat brifingində, mövzu ilə bağlı bir suala cavab olaraq  "ABŞ yeni seçilmiş parlament və gələcək hökumətlə işini Türkiyə ilə yaxın siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı çərçivəsində davam etdirməyi düşünür və  səbirsizliklə gözləyir. Bildiyiniz kimi Türkiyə, ABŞ-ın bir NATO müttəfiqi və onlarla yaxından siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı davam etdirmək istəyirik" - cavabını verib.

Earnest seçki nəticələrinin terror təşkilatı İŞİD – lə mübarizəyə necə təsir edəcəyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, ABŞ, IŞİD – in xarici döyüşçü axınının qarşısını almaq üçün Türkiyə ilə daim təmasdadır.

Şərhlər