Azərbaycan “Anadolu qartalı” hərbi təlimlərində

10.06.2015 12:24     Dünyadan reaksiya     1631

Azərbaycan Türkiyədə keçirilən hərbi təlimlərdə müşahidəçi qismində təmsil olunur

Azərbaycan Türkiyənin Konya şəhərində "Anadolu qartalı-2015/1" adlı hərbi təlimdə iştirak edir. 

Reaksiya.Az-ın ANS Press-ə istinadən verdiyi məlumata görə, təlimin proqramına əsasən, iştirakçıların müharibə şəraitində bilik, bacarıq və təcrübələri yoxlanılır. Təlim ABŞ, Almaniya, Böyük Britaniya, İspaniya, Pakistan, NATO ilə Türkiyənin Quru, Dəniz və Hava Qüvvələrinin iştirakı ilə iyunun 19-dək davam edəcək.

ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, hərbi təlimlərdə iştirak üçün hazırda ABŞ Hərbi Hava Qüvvələrinin 12 ədəd F-15 təyyarəsi Türkiyədədir. 

ABŞ-dan 12 F-15C, Almaniyadan 1 A-310, Böyük Britaniyadan 6 EF-2000, İspaniyadan 6 F-18, Pakistandan 6 F-16 və NATO-dan 1 E-3A təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığından 12 F-4E 2020, 42 F-16, 1 KC-135 tanker, 2 CN-235 təyyarələri, 1 AS-532 helikopteri, 1 E-7T təyyarəsi, Quru Qoşunları Komandanlığından 2 T129 (ATAK) və 2 S-70 helikopterləri, Hərbi Dəniz Qüvvələri Komandanlığından isə 1 hərbi gəmi və iki qayıq təlimə qoşulub.

Təlimlərdə Azərbaycandan başqa Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Respublikası, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovaka, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman ölkələrindən də müşahidəçi qismində şəxsi heyət iştirak edir.

Şərhlər