Putin: "Xəritəni açın, bazalara baxın"...

10.06.2015 12:49     Dünyadan reaksiya     1950

Rusiya prezidenti Vladimir Putin, özlərinin yalnız dörd ölkədə bazaları olmalarına baxmayaraq ABŞ-ın dünyanın hər tərəfinə baza qurduğunu ifadə edərək, buna baxmayaraq Rusiyanı təhdid kimi görməsinin səhv olduğunu söyləyib.

İtaliyanın “Corierra Della Sera” qəzetinə verdiyi müsahibənin davamında Rusiyanın ABŞ və Avropa Birliyi ilə əlaqələri və NATO ilə Baltik dənizində yaşanan gərginliklər dair maraqlı açıqlamalar verib .

Müsahibədə Putinə, Varşava Müqaviləsindən ayrılıb indi NATO üzvlüyünə keçən bəzi Baltik ölkələrinin özlərini Rusiyanın təhdidində hiss etməsi və Rusiyanın niyə zorakı davranması ilə bağlı suallar verilib. Putin cavab olaraq ABŞ və NATO-nun dünyadakı hərbi fəaliyyətlərini nümunə göstərib: "NATO – ya üzv olan ölkələr, Rusiyadan 10 dəfə daha çox hərbiyə pul xərcləyir. ABŞ-ın hərbi xərcləri isə bütün dünya ölkələrinin xərclərini keçir"i.

Rusiyanın təkcə Qırğızıstan, Tacikistan, Əfqanıstan və Ermənistanda hərbi bazasının olduğunu və bunların heç bir şəkildə təhdid ünsürü olmadığını qeyd edən Putin qeyd edib ki, dünya xəritəsinə baxın və ABŞ-ın bütün hərbi bazalarını işarələyin. Aradakı fərqi özünüz görəcəksiniz.

ABŞ-ın 1972-ci ildə Rusiya ilə imzaladığı Anti Balistik Raket müqaviləsindən tək tərəfli çəkildiyini ifadə edən Putin, ABŞ-ın bu mövqeyinin beynəlxalq təhlükəsizliyi zəiflətdiyini onların xatırlatdıqlarını da ifadə edib.

Şərhlər