"Biz belə xəyanətkar naziri tanımırıq" - Göksel Gülbey
01.09.2015 18:24 Dünyadan reaksiya 1941
Türkiyədə təşkil olunmuş müvəqqəti hökumətin HDP-dən olan naziri Əli Heydər Qönçə keçirdiyi mətbuat konfransında saxta "erməni soyqırımı"nı tanıdığını bəyan edib.
Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə dərnəyinin sədri Göksel Gülbey bu olaya münasibət bildirib.
O, Reaksiya.az-a deyib ki, Türkiyə Cümhuriyyətini təmsil edən bir nazirin bu sözləri deməsi pislənilməlidir:
"HDP ümumi mərkəzinin sözdə erməni soyqırımı qəbul etdiyinə dair indiyə qədər yazılı olan heç bir açıqlaması yoxdur. Ancaq rəhbərlərindən bəziləri çıxıb bunu qəbul etdiklərini mətbuat qarşısında bəyan edirlər. HDP-nin PKK ilə əlaqəsini hamı bilir. PKK-da kürd olduğunu deyən, amma əsli erməni olan insanlar var ki, bunların da zaman-zaman adlarını sosial mediada açıqladıq. PKK-nın aşağı dərəcəli işçiləri kürd olsalar da, yüksək rəhbərləri ermənidir. Bu səbəbdən də HDP-li millət vəkilinin bu şəkildə ermənipərəst olması normaldır”.
Sonda G. Gülbəy baş nazir Əhməd Davudoğluna səslənib: “O, bu şəxs haqqında lazımi tədbirlər görməlidir. Biz belə xəyanətkar naziri tanımırıq”.
Şərhlər