“Bu, özü blef olan İŞİD nağılıdır" - iqtisadçı ekspert

02.09.2015 09:01     Dünyadan reaksiya     2168

İŞİD terror təşkilatının yaydığı son videoda öz milli valyutasını dövriyyəyə buraxdığı  haqda məlumat yer alır.

"Dinar" adlı İŞİD pulunun bir üzündə ərəb dilində yazı, digər üzündə isə dünya xəritəsi həkk olunub. Bunun dünyaya bir mesaj olduğunu düşünənlərin sayı az deyil.

İqtisadçı ekspert Razi Abbasbəyli də bu haqda öz fikirlərini reaksiya.az-la bölüşüb:

Pul vahidi leqal dövlətin atributudur. Arxasında iqtisadiyyat, bazar münasibətləri, idxal-ixrac sistemi, gömrük münasibətləri olan bir əmtəədir. Bu, özü blef olan İŞİD nağılıdır və hər hansı bir mesajdan söhbət belə gedə bilməz”.

Şərhlər

Çox oxunanlar