"Abort qətlin ən amansız formasıdır" - İlahiyyatçı alim

02.09.2015 14:35     Dünyadan reaksiya     2028

Roma Papası Fransisk rahibləri abort etmiş qadınları bağışlamağa icazə verib

Roma Papası Fransisk rahibləri abort etmiş qadınları bağışlamağa icazə verib.

İlahiyyatçı alim İlqar Kamil bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a bu cinayətin bağışlanılmaz olduğunu deyib:

“İslam məfkurəsində abortla qətlin elə bir fərqi yoxdur, hətta abort qətlin ən amansız formasıdır. Ona görə də dini mətnlərdə bu iş qətiyyətlə pislənib və belə bir cinayətin bağışlanılması yolverilməzdir! Təkvir surəsində belə keçir: “Və o zaman ki, günahsız öldürülən körpə haqda soruşular: hansı suç üstündə öldürüldü?!”. Ayə başqa məqamda endirilsə də onun məğzi və intonasiyası abort mövzusunu da tutur, insanı silkələyən sual da elə budur: axı o məsum körpə hansı suçuna görə öldürülür?!”.

Şərhlər

Çox oxunanlar