Ərdoğan CHP-nin keçmiş lideriylə görüşür - Koalisiya gözlənilir!

10.06.2015 15:03     Dünyadan reaksiya     1740

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Davudoğlunun istefasından sonra ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal ilə görüş keçirəcək. 

Reaksiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş bu gün günorta saatlarında baş tutacaq. Ərdoğanın iyunun 9-u Antalyada olan Baykala mesaj göndərərək onunla görüşmək istədiyini, Baykalın isə CHP lideri Kemal Kılıçdaroğlu ilə razılaşdıqdan sonra müsbət cavab verdiyi məlum olub. 

Türkiyə mətbuatı Ərdoğan-Baykal görüşünün nəticəsi olaraq Baykalın TBMM-ə sədrliyinə namizədliyinin irəli sürüləcəyini, bunun da AKP ilə CHP arasında koalision hökumət üçün bir araya gələ biləcəyinin işarəsi olduğunu yazıb. 

Şərhlər