ABŞ-dan Rusiyaya yeni sanksiya hədəsi

02.09.2015 15:58     Dünyadan reaksiya     1977

ABŞ hökuməti Rusiyadakı bir neçə şirkətə İran, Şimali Koreya və Suriya ilə əlaqədar olaraq nüvə silahının yayılmaması barədəki qanunun pozulması ilə bağlı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Reaksiya.az xəbər verir ki, sanksiyaların veriləcəyi şirkətlər arasında – Alətqayırma Konstruktor Bürosu, “MiQ” korporasiyası, "Rosoboronexport" və dəfələrlə sanksiyalara məruz qalmuş "Katod" şirkəti var.

Çərşənbə günü qüvvəyə minəcək qara siyahıya həmçinin Çin, Şimali Koreya, BƏƏ, Suriya, Sudan, İran və Türkiyədən olan şirkətlər də düşüb.

ABŞ federal hökümət strukturları və bölmələrinin siyahıda adları hallanmış şirkətlərlə müqavilə əsasında çatdırılma və ya xidmət əməliyyatları həyata keçirmək qadağandır. Həmçinin ABŞ hökümətinin xətti ilə onlarla əməkdaşlıq və ticarət əməliyyatları üçün ixrac lisenziyasının verilməsi qadağandır.

Sənədə görə, yalnız Dövlət Katibinin qərarına əsasən bu sahədə istisnalar ola bilər.

Onlarla bağlı qüvvədə olan bütün lisenziyalar dayandırılmalıdır.

Şərhlər

Çox oxunanlar