Bu dildə telekanal, radio, mətbuat, məktəblər mütləq olmalıdır - Seyran Süleyman
02.09.2015 18:07 Dünyadan reaksiya 1968
Krımda yeni televiziya yaradılır. Krım rəhbərliyi tərəfindən verilən qərara əsasən bu televiziyada ictimai şura da olacaq. İctimai Şuranın əsas vəzifəsi tv-də aparılan kadr və informasiya siyasətinə nəzarət olacaq.

Krım Respublikasının milli azlıqlarla iş üzrə komitəsinin rəhbəri Zaur Smirnov telekanalın yaradılması üçün 117 milyon rubl pul ayrıldığını və 600 kv.m ərazidə təmir işləri aparıldığını bildirib. Telekanalın adı “ Millət” olacaq.
Krımda yaşayan şair Seyran Süleyman Reaksiya.az - a eksklüziv açıqlamasında krım-tatar dilində fəaliyyət göstərəcək yayımın tamaşaçılar üçün sevindirici hal olacağını vurğulayıb: “Mən Krımda “Yeni Dunya” Krım-tatar qəzetində çalışıram. Televiziya işçisi deyiləm. Lakin bir tamaşaçı olaraq “Millət” adlı yeni telekanal yayımı yaxşı bir xəbər, vacib bir addımdır - deyə, güman edirəm. Çünki Kırımtatar dili Krımda rəsmi dövlət dillərindən biridir və bu dildə telekanal, radio, mətbuat, məktəblər mütləq olmalıdır”.
Şərhlər