Birinci gün 2745 namizəd qeydə alınıb

03.09.2015 00:47     Dünyadan reaksiya     1783

Misir Xalq Məclisinə seçkilərlə bağlı sentyabrın 1-də start götürən qeydiyyatın birinci günü namizəd qismində 2745 adam qeydə alınıb. Bu barədə sentyabrın 2-də Misir Ali Seçki Komissiyası məlumat verib.

Qeydiyyat 12 gün davam edəcək. Parlament seçkiləri iki mərhələdən ibarət olacaq. Birinci mərhələ oktyabrın 18-19-da 14 əyalətdə, ikinci mərhələ noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək.

Şərhlər

Çox oxunanlar