85 yaşlı kişi əkiz uşaq atası oldu

10.06.2015 15:31     Dünyadan reaksiya     2200

Türkiyədə maraqlı hadisə baş verib. 

Reaksiya.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Van şəhərində 85 yaşlı kişinin əkiz övladı olub. Abdullah Sevinç ilk həyat yoldaşını 15 il öncə itirib. 

10 uşağı olan kişi tənha qalmamaq üçün özündən 39 yaş kişik Mihrinaz Sevinçlə ailə qurub. 
Cütlüyün 15 il ərzində 3 övladı olub. Əkiz oğlanları isə 20 gün öncə doğulub. 

"Allahın təqdiridir. Əkizlər mənim üçün sürpriz oldu. Mənim yaşım keçsə də, sağlamlığım yerindədir. Bir az maddi çətinliyimiz var. Amma övladlarımın sağlam böyüməyi mənim üçün kifayətdir". 

A.Sevinç əkizlərini Həsən və Hüseyn adlandırıb. 

Şərhlər