Pekində qələbənin 70 - ci ildönümü qeyd olunub - 1 nömrəli qonaq Putin - VİDEO
03.09.2015 12:07 Dünyadan reaksiya 1888
Çin II Dünya Müharibəsində yapon işğalına qarşı müqavimətin və anti-faşist ittifaqın qələbəsinin 70 -ci ildönümünü görkəmli mərasimlərlə qeyd edib. 9 mayda Moskvada keçirilən "Qələbə günü"nü xatırladan mərasimlərdə 12 min əsgər və yüzlərlə ağır silah məşhur Tiananmen Meydanından keçib. 200-dən çox reaktiv raket də qonaqları salamlayıb. Qələbənin xatirəsinə 70 topdan atəş açılıb, çoxlu sayda dünya lideri arasında "1 nömrəli qonaq" kimi prezident Putin önə çıxıb. Agentlikləri Putinin mərasim sahəsinə "ən son gələn lider" olduğunu keçib. Rusiya lideri bu gün Çin tərəfi ilə yeni müqavilələr üçün müzakirələr aparılacaq. Moskva və Pekin "çoxqütblü dünya, dostluq-əməkdaşlıq mesajları" verərkən, Qərb mediasında çıxan açıqlamalarda iki ölkənin də iqtisadi cəhətdən çətin dövrə qədəm qoyduğu, böyük enerji layihələrinin işinin çətinləşdiyi vurğulanır.
Şərhlər