Ərdoğanın qızına “sui-qəsd” iddiası yalan çıxdı - VİDEO
03.09.2015 15:16 Dünyadan reaksiya 1953
Cinayət işini açan prokurorlar vəzifələrini itirdilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan haqda yayılan sui-qəsd mesajlarının saxta olduğu ortaya çıxıb. Nəticədə “Akşam” və “Güneş” qəzetlərinə təhqir və böhtana görə dava açan Bakırköy Ədliyyəsinin prokurorları - Mustafa Gökay ilə Hüseyin Parlakkılıçın vəzifələri dəyişdirilib.
Reaksiya.az xəbər verir ki, jurnalist Əmrə ilə CHP millət vəkilləri Umut Oran və Akif Hamzaçebi arasında gedən söhbətlərdə Sümeyye Ərdoğana sui-qəsd edildiyi vurğulanıb.
Prokurorluq bütün bunları yayımlayan iki qəzet haqqında təhqir və böhtan maddələrilə 5 ayrı cinayət işi açıb. Sonda hər iki deputat belə bir yazışmanı etmədiklərini deyiblər. Onların Twitter yazışmalarının da saxta olduğu bəlli olub.
Şərhlər