Kiyevdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs saxlanılıb
04.09.2015 02:12 Dünyadan reaksiya 1799
Kiyev məhkəməsi şəhərdə terror aktı törətməkdə şübhəli bilinən 4 şəxs barədə həbs qətimkan tədbiri seçib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyandskaya bildirib.
Onun sözlərinə görə, şübhəli şəxslər yerli əhali arasında təşviş və çaxnaşma yaratmaq məqsədilə paytaxt Kiyevdə bir neçə terror aktı törətməyi planlaşdırıblar.
Qeyd edək ki, bundan əvvəl Kiyevdə “Pravıy Sektor” milliyyətçi hərəkatının ofisində partlayış baş verib.
Şərhlər