NATO bu ölkədə hərbi mərkəz açdı
04.09.2015 08:49 Dünyadan reaksiya 1919
Məqsəd Rusiyadan gələn təhlükələrə cəld reaksiya verməkdir.
NATO-nun baş katibi Yens Stoltenberq ötən gün Litvada təşkilatın yeni fəaliyyətə başlayan hərbi-nəzarət mərkəzinin açılışında iştirak edib.
Reaksiya.az-ın məlumatına görə, mərasimdə Litva prezidenti Dalya Qribauskayte də iştirak edib. O bu yeni hərbi hissənin böyük həmrəylik, qətilik və hazırlığa doğru böyük addım adlandırıb. Həmçinin Litva ilə yanaşı, Estoniya, Latviya, Polşa, Rumıniya və Bolqarıstanda eyni mərkəzlər açılıb.
Məqsəd Rusiyadan gələn yeni mümkün təhlükələrə cəld reaksiya verməkdir. Bu mərkəzlərin hər birində 40 nəfərlik hərbi heyət yerləşdiriləcək.
Şərhlər