Nazir bu uşağa görə ağladı - "Hamımız insanıq"

04.09.2015 11:41     Dünyadan reaksiya     3295

İsveçin xarici işlər naziri Margot Wallström Yunanıstana qaçaq yolla gedərkən qayığın batması nəticəsində boğularaq ölən kiçik Aylanın şəkli haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Reaksiya.az xəbər verir ki, İsveç dövlət televiziyasında yayımlanan xəbərlər proqramı "Aktual"a qonaq olan Wallström Bodrumda suda boğulan kiçik Aylanın cansız bədəninin şəkli haqqında söz açarkən ağlamağa başlayıb və  "Mövzu çox kədərli və acıdır" sözlərini deyib.

“Bu şəkilə baxanda təsirlənməmək və kədərlənməmək mümkün deyil" deyən Wallström Avropa ölkələrini miqrasiya problemi ilə əlaqədar təcili tədbir görməyə çağırıb.

Almaniya və İsveçin ən çox Suriyalı qaçqını qəbul edən ölkələr sırasında olduğunu qeyd edən Wallström digər Avropa ölkələrinin də qaçqınlara qapılarını açmasını istəyib və "Hamımız insanıq" deyib.

Şərhlər

Çox oxunanlar