“Daha yaxşı ola bilərdi..."

04.09.2015 17:06     Dünyadan reaksiya     7208

Azərbaycanda ötən əsrin ən çox sevilən hind aktyorlarından biri Rişi Kapurun bu gün doğum günüdür. Onun 63 yaşı tamam olur.

Atası Rac Kapurun işini davam etdirən oğlu Rişi Kapur ilk dəfə çəkildiyi “Mənim adım kloun” filmi ilə 1970-ci ildə ekranlarda göründü. Yaşı az olmasına baxmayaraq oynadığı ilk rolun öhdəsindən  uğurla gələn aktyor “Milli kinopremiya” mükafatını alır. Rac Kapur bu haqda  fəxrlə deyirdi: “Bu gün oğlum Rişi ən yaxşı aktyor mükafatını aldı. Rişi “Mənim adım kloun” filmində  Çintu  roluna görə  bu mükafatın sahibi oldu. Mən çox xoşbəxt atayam ki, oğlumun inkişaf edib uğur qazandığını görürəm. Tamaşaçılar onu sevir və dua edirlər, amma mən ona indi də deyirəm: “Daha yaxşı ola bilərdi, daha yaxşı olardı və daha yaxşı”.

 Üç il sonra Rişi Kapur atasının çəkdiyi “Bobbi”də yenidən ekranda göründü. Rişinin baş rolu oynadığı film Hindistanda böyük uğur qazandı. Bu filmə görə Rişi və digər baş rol ifaçısı Dimple Kapadiya ilin ən yaxşı aktyorları elan olunurlar. “Bobbi”nin dünyanın bir çox ölkələrində hind filmlərinin şöhrət tapmasında böyük rolu oldu.  Sovetlər Birliyinə daxil olan Azərbaycanda da bu film geniş tamaşaçı kütləsi qazanmışdı.

Sonrakı illərdə Rişi Kapur ard-arda filmlərə çəkilirdi. Onun iştirakı ilə çəkilən ən məşhur filmlər arasında “Mənim adım kloun”, “Yo”, “Qisas”, “Sevgi xəstəliyi”, “Belə yalançı”, “Namusum”, “Bütün dünyaya isbat edəcəyəm!”, “Dəniz və məhəbbət”, “Amansız dünya”ın adını qeyd etmək olar.

Aktrisa Nitu Sinqh ilə 1980-ci ildə ailə həyatı quran aktyorun bu evlilikdən aktyor Ranbir Kapur adlı oğlu və modelyer Ridhima Kapur Sahni adlı qızı dünyaya gəlir.

   

Şərhlər

Çox oxunanlar