Yenə İraq, yenə partlayış - 9 ölü, 18 yaralı
05.09.2015 03:54 Dünyadan reaksiya 1650
Bağdadın müxtəlif ərazilərində baş verən partlayışlarda 9 nəfər ölüb, 18 nəfər yaralanıb.
İraqda gecə saatları da sakit keçməyib. Reaksiya.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə ilk partlayış keçmiş ordu komandirinin evinə edilən hücum zamanı olub. Komandirlə birlikdə həyat yoldaşı və 3 uşağı həyatını itirib.
Daha sonra şəhərin bir neçə yerində əldə hazırlanan bombaların partlaması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Şərhlər