Türkiyədə küçəyə çıxma qadağası tətbiq olunur

05.09.2015 05:46     Dünyadan reaksiya     1776

Türkiyədə kürdlərin kompakt yaşadığı Şırnak şəhərinin Cizre rayonunda komendant saatı tətbiq olunmağa başlayıb. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən axşam yerli vaxtla saat 20.00-də elan olunan komendant saatından sonra rayonun bəzi bölgələrində insidentlər yaşanıb. Şırnaq meriyası komendant saatı barədə açıqlama yayıb:

“Separatçı terror təşkilatı üzvlərinin yaxalanması və bu vaxt mülki əhalinin canının və malının ziyan görməməsi üçün komendant saatına qərara verilib. Vətəndaşın canının və malının təhlükəsizliyinin təmin olunması və asayişin qorunması üçün təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini diqqətlə yerinə yetirirlər.” – deyə bəyanatda qeyd edilib. 

Komendant saatı müddətində rayonda elektrik və rabitə xətlərinin kəsildiyi bildirilir. 

Şərhlər

Çox oxunanlar