İŞİD əsirliyindəki türk əsgərdən xəbər var
05.09.2015 12:41 Dünyadan reaksiya 1886
Suriya-Türkiyə sərhədində İŞİD-lə əlaqəli qaçaqmalçılarla çıxan münaqişədə itkin düşən və bu təşkilatın əlində olan türk əsgərinin sağ qaldığı bildirilib.
Reaksiya.az xəbər verir ki, qaçırılan şəxsin Hələb yaxınlığında İŞİD-ə aid bir xəstəxanada müalicəsinin aparıldığı qeyd olunub.
Rəsmilər əsgərin sağ olaraq xilas edilməsi üçün cəhdlərin davam etdiyini, lakin hələ İŞİD-lə danışıqlar aparılmadığı bəlli olub.
Qeyd edək ki, sentyabrın 3-də baş verən həmin qarşıdurmada bir əsgər də şəhid olub.
Şərhlər