AŞPA-nın payız sessiyasının gündəliyi açıqlandı

05.09.2015 14:10     Dünyadan reaksiya     1785

Sentyabrın 28-dən oktyabrın 2-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının gündəliyi açıqlanıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat AŞPA-nın saytında yer alıb.

Qarşıdakı iclasın əsas mövzusu Avropada miqrasiya böhranının humanitar və siyasi aspektləri, eləcə də yaranmış vəziyyətlə əlaqədar tranzit ölkələr üçün çağırışlar olacaq.

Sessiya zamanı, həmçinin Assambleyanın və daimi komitənin tərəqqi bürosu üzrə hesabat dinləniləcək, məhkəmələrin verdiyi hökmlər müzakirə ediləcək, eləcə də AŞ PA-ya növbəti beş il üçün yeni baş katib seçiləcək.

Bundan başqa, sessiyada Lüksemburq Böyük Hersoqu Anri, Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Avropa Şurası Nazirlər Kabinetinin sədri, sədrlik edən Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiç çıxış edəcəklər.

Şərhlər