Tuğrul Türkeş MHP-dən qovuldu - VİDEO

05.09.2015 14:58     Dünyadan reaksiya     1928

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Mərkəzi İntizam Komissiyası müvəqqəti hökumətdə baş nazirin müavini vəzifəsinə gətirilən Tuğrul Türkeşin partiyadan çıxarılması qərarını verib.

Reaksiya.az xəbər verir ki, partiya rəsmiləri ötən bir həftə ərzində Türkeşin müdafiə olunması üçün nə  yazılı, nə də şifahi izahat vermədiyini bildirib.

Türkeş dünən keçirdiyi mətbuat konfransında MHP-dən gələn tənqidlərə "Baş nazir müavini olmağım səbəbindən mənim partiyam MHP də iqtidar olub" cavabını verib.

Dünən axşam saatlarında isə MHP-nin lideri Baxçalı Türkeşin gedişi haqda belə deyib:

“Bir dağa bir sərçə qonsa, dağ nə qazanar, bir dağdan bir sərçə qalxsa, dağ nə itirər. Bilmirəm, anlada bildimmi?”.

Şərhlər

Çox oxunanlar