Britaniyalılar baş nazirin həbsini tələb edir

06.09.2015 00:11     Dünyadan reaksiya     1760

İsrailin baş naziri Binyamin Netanyahunun bu ay Londona gözlənilən səfəri zamanı yol verdiyi hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya 100 min britaniyalı tərəfindən imzalanıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, petisiya avqustun 7-də Briyaniya parlamentinin saytında dərc edilib. 65 yaşlı Binyamin Netanyahunun 2014-cü ildə iki mindən çox fələstinlinin ölümündə təqsirli olduğunu iddia edən petisiyanın müəllifi Demian Moran onun həbs edilməsini tələb edir.

Qaydaya əsasən 100 min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılır. On min səsin toplanacağı təqdirdə isə Britaniya hökuməti tərəfindən ona rəsmi cavab verilməlidir.  

Demian Moranın petisiyasına  Britaniya hökumətinin cavabında qeyd olunub ki, “ölkəyə səfər edən xarici dövlətlərin Binyamin Netanyahu kimi rəhbərləri məsuliyyətə cəlb olunmağa qarşı immunitetə malikdirlər”. Lakin Britaniya hökuməti  Binyamin Netanyahuyun Londona səfəri zamanı bu barədə məlumatlandıracağını vəd edib.    

Şərhlər

Çox oxunanlar