Lavrov və Kerri arasındakı danışığın əsas müzakirə mövzusu
06.09.2015 00:49 Dünyadan reaksiya 1918
Rusiya XİN rəhbəri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirir.
Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Lavrov və Kerri İŞİD və digər terror qruplaşmaları ilə mübarizə məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin 30 iyun 2012-ci il tarixli Cenevrə kommunikesinin müddəalarına uyğun olaraq Suriyada siyasi prosesin bərpası istiqamətində BMT-nin səylərinin dəstəklənməsi üzrə əməkdaşlıq məsələlərini, habelə Suriyada və onun ətrafında yaranmış vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər.
Tərəflər Suriyadakı vəziyyətin nizamlanması üçün gələcəkdə sıx əməkdaşlıq edilməsinə dair razılığa gəliblər.
Şərhlər