Macarıstana gün ərzində daha 3300 qaçqın gəlib

06.09.2015 02:49     Dünyadan reaksiya     1824

Sentyabrın 6-da Macarıstana gün ərzində daha 3300 qaçqın gəlib. Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Viktor Orban bildirib.  

“Gün ərzində daha 3300 qaçqın gəlib, insan axını davam etməkdədir”, deyə o bildirib.

Baş nazirin sözlərinə görə, qaçqınlar, əsasən, ölkənin cənubundakı düşərgələrdə yerləşir, lakin onların müəyyən hissəsi  Budapeştə də gəlib: “Ümumilikdə, doqquz ay ərzində Macarıstandan 150 min qaçqın keçib”.

Qeyd edək ki, Macarıstan hökuməti sentyabrın 5-dən 6-na keçən gecə qaçqınları avtobuslarla Avstriya sərhədinədək çatdırılması prosesinə başlayıb. Buradan isə onlar piyada şəkildə sərhədi keçərək  Avstriyanın Nikkelsdorf dəmiryolu stansiyasına üz tutur. Qaçqınlar stansiyada  qatarlara yerləşdirilərək Vyanaya və digər şəhərlərə göndərilir. Xatırladaq ki, bundan əvvəl Macarıstan, Avstriya və Almaniya qaçqınların ərazilərinə buraxılmasına dair razılığa gəliblər.  

Şərhlər

Çox oxunanlar